İranlı güləşçilər yeniyetmələr arasında Asiya çempionatında üç qızıl medal qazanıblar
https://parstoday.ir/azeri/news/iran-i496-İranlı_güləşçilər_yeniyetmələr_arasında_asiya_çempionatında_üç_qızıl_medal_qazanıblar
Asiya çempionatının ilk yarış günündə yeniyetmələr kateqoriyasında üç iranlı güləşçi üç qızıl medal qazanıb.
(last modified 2023-06-14T09:44:31+00:00 )
İyun 13, 2023 22:23 Asia/Baku
  • İranlı güləşçilər yeniyetmələr arasında Asiya çempionatında üç qızıl medal qazanıblar

Asiya çempionatının ilk yarış günündə yeniyetmələr kateqoriyasında üç iranlı güləşçi üç qızıl medal qazanıb.

bazar ertəsi günü Qırğızıstanın paytaxtı Bişkekdə yeniyetmələr arasında sərbəst güləş üzrə Asiya çempionatının ilk 3 çəki dərəcəsində görüşləri keçirilib.

İlk günün sonunda İranın hər üç təmsilçisi rəqiblərini məğlub edərək, qızıl medal qazanıb.

65 kq çəkidə güləşçi "Sina Xəlili", 71 kq çəkidə "Əbül-Fəzl Hüseyni" və 80 kq çəkidə "Əbül-Fəzl Rəhmani" qızıl medal qazanıblar.

İkinci və son 7 çəki dərəcələri üzrə yarışlar da bu gün, çərşənbə axşamı keçiriləcək və İran təmsilçiləri rəqibləri ilə qarşılaşacaq.