Şəhid Rəisi və Şəhid Əmir Abdullahianın beynəlxalq aləmdə rolu
Bazar günü, mayın 19-da İran İslami prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian helikopter qəzasında şəhadətinin elan edilməsindən sonra bu iki nüfuzlu şəxsin həm qonşu ölkələrlə, həm də regional və beynəlxalq səviyyədə İranın xarici siyasətindəki rolu və təsiri məsələsi diqqət mərkəzindədir.
Beynəlxalq səviyyədə Şəhid Rəisi və Şəhid Əmir Abdullahian öz səyləri və beynəlxalq qurumlarda səmərəli iştirakları ilə, eləcə də müxtəlif ölkələrə xarici səfərləri ilə İran İslam Respublikasının müxtəlif məsələlərlə bağlı fikir və mövqelərinin izahında mühüm rol oynadılar.
İran İslam Respublikasının 13-cü hökuməti 2021-ci il avqustun 3-də fəaliyyətə başladığı andan etibarən xarici siyasət sahəsində yeni yanaşma nümayiş etdirib.
Nə şərq, nə də qərb prinsipinə əsaslanan xarici siyasətin balanslaşdırılması bu hökumətin xarici siyasətinin ən mühüm ideyalarından biridir ki, bu da dövlət müstəqilliyinin qorunub saxlanmasının vacib zərurətlərindən sayılır.Eyni zamanda, xarici münasibətlərdə qərbçilikdən uzaq qalmaq 13-cü hökumətin diqqət mərkəzində saxladığı əsas prinsiplərdən biri olub və dünya sistemində hakimiyyətin Qərbdən Şərqə ötürülməsinin getdiyini nəzərə alaraq, İran İslam Respublikasının bu güclərlə gələcəkdəki qlobal əlaqələrinin necə qurulmasında bu mövqe əsas məsələdir.
Bu baxımdan Qərbi cilovlamaq və ölkənin xarici siyasətini balanslaşdırmaq üçün şərq gücləri, xüsusilə Rusiya və Çinlə strateji münasibətlərə girmək lazım idi. Bundan əlavə, bu ölkələrlə İslam Respublikasının istənilən sahələrdə əlaqələrin inkişafı strateji bir siyasətdir.
Eyni zamanda, 13-cü hökumət xarici siyasətdə tarazlığa inandığını və qonşularla və İslam ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsində şəhid rəisi və şəhid əmirabdullahiyanın çox böyük rolu olmuşdur
Şəhid Rəisinin bu sahədəki hərəkətləri arasında onun Nyu-Yorka səfərlərini və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının illik iclaslarında iştirakını və İran İslam Respublikasının mühüm regional və qlobal məsələlərlə bağlı fikirlərini izah etməsini qeyd etməliyik. 2023-cü ilin sentyabrında BMT Baş Assambleyasında son çıxışında o, müxtəlif qlobal problemlərlə bağlı ətraflı çıxış etdi
Müxtəlif məsələlərə, o cümlədən anti-islamizm və mədəni aparteid, ailənin rolunun əhəmiyyətinə və dünyanın amerikanlaşdırılması layihəsinin uğursuzluğuna toxunan Şahid Rəisi həlledici tarixi dövrdə olduğumuzu vurğulayıb. Onun fikrincə, dünya dəyişir və formalaşmaqda olan beynəlxalq nizama keçir və bu yol dönməzdir. Şəhid Rəisi həmçinin regional inkişaflar, xüsusilə də Qəzza müharibəsi haqqında danışıb və vurğulayıb ki, Fələstin və Livan və Suriyanın bir hissəsinin sionist rejim tərəfindən işğalının davam etdirilməsi və məzlum Fələstin xalqının fitri hüquqlarından məhrum edilməsi bu rejimin cinayətlərinin çoxalmasına və digər region ölkələrinə qarşı təcavüz və təhdid dairəsinin genişlənməsinə səbəb olub
Sonda o, bəşəriyyətin yeni mərhələyə daxil olduğunu vurğulayıb. Köhnə güclər zəifləyir. Onlar “keçmiş”, biz isə “gələcəyik”. Bir daha deyirəm ki, onlar “keçmiş”, biz isə “gələcəyik.
Eyni zamanda, Şahid Rəisinin xarici səfərləri və Şanxay Əməkdaşlıq Təşkilatı ölkə rəhbərləri ilə görüşləri, regional və beynəlxalq toplantılarda iştirakı, Xəzər dənizi ilə həmsərhəd dövlətlərin rəhbərləri ilə görüşü, müxtəlif ölkələrə, o cümlədən qonşu dövlətlərə və regiondan kənarda, o cümlədən Rusiya, Venesuela və Kuba rəsmiləri ilə görüşü və İranın bu ölkələrlə əlaqələrinin genişləndirilməsində, eləcə ölkəmizin mövqe və baxışlarının izahında və marağlarının qorunmasında mühüm rol oynadılar.
Ümumiyyətlə, Seyid İbrahim Rəisinin prezidentliyi dövründə İranın xarici siyasəti ciddi dəyişikliklə üzləşmiş və qonşuluq siyasətinin yerinə yetirilməsində böyük nailiyyətlər əldə etmişdir. Şəhid Rəisi 13-cü hökumətin yeni xarici siyasət yanaşması kontekstində deyib: İran qonşu ölklərlə münasibətdə yeni fəsil başlanmışdır və Şimal-Cənub dəhlizi də daxil olmaqla, ticarət dəhlizlərinin aşılması və tamamlanmasını prioritet təşkil edir, bu bütün region ölkələrinin xeyrinədir.
13-cü hökumətdə İran Xarici İşlər Naziri Şəhid Hüseyn Əmir Abdullahianın xarici siyasət sahəsində şəhid rəisinin yanaşma və siyasətlərinin irəliləməsindəki mühüm və danılmaz rolu oldu. Şəhid Əmir Abdullahian təlim keçmiş diplomat kimi diplomatiyanın fənləri və sirlərinə bələd olaraq çoxsaylı xarici səfərlər və digər ölkələrin liderləri və rəsmiləri ilə görüşlər keçirmiş, bir çox regional və beynəlxalq görüş və konfranslarda iştirak etmişdir. O İran İslam Respublikasının xaricdə məqsədlərinə çatmaq, İranın maraqlarını müdafiə etmək və son bir neçə ildə İranın xarici siyasətinin hədəflərini irəli aparmaqda böyük rol oynamışdır.
Yazar: Şaban Cahandidə