Aleksandr Palışuk: Bu məktub həqiqəti işıqlandırır
(last modified Tue, 18 Jun 2024 10:04:47 GMT )
İyun 18, 2024 14:04 Asia/Baku
  • Aleksandr Palışuk: Bu məktub həqiqəti işıqlandırır

Görkəmli rus şərqşünas Aleksandr Palışuk bildirib ki, İran İslam İnqilabının Aliməqamlı Rəhbərinin Fələstin xalqına dəstək verən amerikalı tələbələrə məktubu Vaşinqtonun yalan danışmağa, həqiqəti öz xalqından və dünyadan gizlətməyə çalışdığı bir vaxtda həqiqəti işıqlandırır”.

 

Rusiya Dövlət Dilçilik Universitetinin bu professoru Moskvada İRNA Xəbər Agentliyinin müxbirinə müsahibəsində Amerika polisinin bu ölkənin universitetlərində Fələstin xalqına dəstək verən tələbələrə qarşı rəftarını tənqid edərək deyib: “Amerikanın demokratiya və söz azadlığı iddiası yalnız bu sözlərlə məhdudlaşır. Vaşinqton rəsmiləri bu şüar adı altında öz mənafelərinə uyğun hesab etdikləri hər şeyi edirlər”.

İranın Ali Rəhbərinin Fələstin xalqına dəstək verən amerikalı tələbələrə ünvanladığı məktubuna toxunan Palışuk, bu məktubu yüksək qiymətləndirərək deyib: “Bu məktub, onun zəngin məzmununa diqqət etməklə, öz auditoriyasına çatmalıdır, baxmayaraq ki, Amerika hakimiyyəti istənilən vasitə ilə maarifləndirici məzmunun yayılmasının qarşısını almağa çalışır”.

Teqlər