İyun 18, 2024 20:15 Asia/Baku
  • Baqirinin Azərbaycanın Xarici İşlər nazirinə məktubunda Qəzzədə soyqırımın dayandırılması vurğulanıb

İran İslam Respublikasının Bakıdakı səfirliyi Xarici İşlər naziri vəzifəsinin icraçısının Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Xarici İşlər nazirinə məktubunu açıqlayıb.

 

İRNA-nın xarici siyasət məsələləri üzrə qrupunun məlumatına görə, İran İslam Respublikasının Azərbaycan Respublikasının paytaxtı Bakıdakı səfirliyi Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəninin Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramova Qurban bayramı münasibətilə təbrik məktubu göndərməsi ilə bağlı məlumat verib.

Məlumatda bildirilir ki, Baqiri Kəni bu böyük və mübarək bayramın bərəkəti ilə, ilahi təlimlərdən faydalanmaqla, İslam ümmətinin iştirakı və birgə səyləri ilə Qəzzə zolağında müharibə cinayətlərinin və soyqırımın sona çatmasının, birlik və həmrəyliyin getdikcə möhkəmlənməsinin şahidi olacaqlarına ümidvarlıq ifadə edib.

Bundan əvvəl İran İslam Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Müxbir yazılı məktub vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib.

Müxbir də İlham Əliyevə ünvanladığı təbrik məktubunda sionist rejimin Qəzzədə törətdiyi cinayətlərin sona çatacağına ümid etdiyini bildirib.

Teqlər