İran; Dünyanın ən yaxşı sonsuzluq müalicə mərkəzlərinə malikdir
(last modified Sun, 23 Jun 2024 13:15:35 GMT )
İyun 23, 2024 17:15 Asia/Baku
  • İran; Dünyanın ən yaxşı sonsuzluq müalicə mərkəzlərinə malikdir

Şəhid Beheşti Tibb Elmləri Universitetinin Kişi Sağlamlığı və Reproduktiv Sağlamlıq Araşdırmaları Mərkəzinin rəhbəri deyib: İran dünyada sonsuzluğun ən yaxşı müalicə mərkəzlərinə malikdir və xaricdən müalicə axtaranlar, bacarıqlı həkimlər və müasir tibbi avadanlıqlar sayəsində İrana gəlirlər.

İRNA-nın məlumatına görə, “Əmir Rza Abedi” deyib: “Royan” mərkəzi hazırda sonsuzluğun müalicəsi sahəsində dünyanın ən yaxşı 10 mərkəzindən biri kimi tanınır və sonsuzluqla bağlı bir çox işlər görür.

İranın Şəhid Beheşti Tibb Elmləri Universitetinin Kişi Sağlamlığı və Reproduktiv Sağlamlıq Araşdırma Mərkəzinin rəhbəri əlavə edib: Çox qabaqcıl tədbirlər və yüksək təxəsüsli iranlı həkimlər və münasib qiymətlər İraq və Dubay kimi ərəb ölkələrindən, eləcə də Türkiyə,Azərbaycan Respublikası və hətta bəzi Avropa ölkələrindən müalicə almaq üçün İrana gəlirlər.

Teqlər