İran və Bəhreyn siyasi münasibətləri bərpa etmək barədə razılığa gəliblər
(last modified Mon, 24 Jun 2024 04:38:06 GMT )
İyun 24, 2024 08:38 Asia/Baku
  • İran və Bəhreyn siyasi münasibətləri bərpa etmək barədə razılığa gəliblər

İran İslam Respublikası və Bəhreyn Ortaq bəyanatda siyasi əlaqələrin necə bərpa olunacağını araşdırmaq məqsədi ilə iki ölkə arasında dialoqun başlanması üçün lazımi mexanizmlərin yaradılması barədə razılığa gəliblər.

İRNA-nın məlumatına görə, bu birgə bəyanat İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni ilə Bəhreynin xarici işlər naziri Əbdül Lətif bin Raşid Əl-Ziani arasında aparılan danışıqlardan sonra yayılıb.

Bu bəyanatda deyilir: Bəhreyn Krallığı ilə İran İslam Respublikası arasında mövcud olan tarixi ,dini,  qardaşlıq və qarşılıqlı maraqlar vəçərçivəsində iran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni və Bəhreynin Xarici İşlər Naziri Əbdül Lətif bin Raşid Əl-Ziyani dünən, bazar günü Tehranda görüşüblər.

Bəhreynin xarici işlər naziri Asiya Əməkdaşlıq Dialoq Forumunda iştirak etmək üçün İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən şəxsin dəvəti ilə Tehrana səfər edib.

Asiya Əməkdaşlıq Dialoqu (ACD) xarici işlər nazirlərinin 19-cu iclası bu gün (bazar ertəsi) üzv ölkələr və beynəlxalq təşkilatlardan 41 nümayəndə heyətinin iştirakı ilə İranın paytaxtı Tehranda keçiriləcək.

Teqlər