“Əlimiz tətikdədir, sionist rejim böyük sürprizlə üzləşə bilər”
(last modified Mon, 21 Oct 2024 12:02:04 GMT )
Okt 21, 2024 16:02 Asia/Baku
  • “Əlimiz tətikdədir, sionist rejim böyük sürprizlə üzləşə bilər”

İranlı hərbi mənbə İslam Respublikasının əlinin tətikdə olduğuna və sionistləri daha böyük sürprizlərin gözlədiyinə işarə edərək, Qüdsü işğal edən rejimə xəbərdarlıq edib.

 

Hərbi mənbə Təsnim xəbər agentliyinə bildirib ki, əgər sionistlərin İrana qarşı mümkün hərəkətləri zamanı hərbi mövqeləri hədəfə alınacaqsa, İranın cavabı "müəyyən" və "sionistlərin təxminlərindən daha yüksək" olacaqdır.

Onun sözlərinə görə, sionist rejim İranın nüvə obyektlərini hədəfə alarsa, İran da cavab olaraq özünün nüvə siyasətlərini nəzərdən keçirəcək. Və əgər sionistlər infrastruktura zərbə endirərsə, İranın da buna cavabı həddən artıq dağıdıcı olacaq.

Bu hərbi mənbə davam etdirib ki, İran lazım gələrsə, dəliləri cəzalandırmaq üçün əlində olan vasitələrdən yetərincə faydalanacaq və düşməni sürprizlərlə üzləşdirəcəkdir. 

Teqlər