Lerikdə 8 məktəbin şagirdləri hələ də məktəbsiz qalıb
Noy 21, 2024 13:31 Asia/Baku
“Bu ilin sentyabrında Lerikdə 8 məktəb bağlanıb, lakin şagirdlərin daşınması hələ mümkün olmayıb”.
Bunu deputat Vasif Qafarov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
Millət vəkilinin sözlərinə görə, daha 10 məktəbin də bağlanması nəzərdə tutulub: “Elə inzibati ərazi dairələri var ki, 10 kənd var, 5-6 da ibtidai məktəb, 3-də ümumi orta məktəb.”
Elm və təhsil naziri Emin Əmrullayev Lerikdə bağlanan məktəblərin şagirdlərinin daşınmaması məsələsinin nəzarətə götürüldüyünü bildirib:
“Bağlanan məktəblərin şagirdlərinin daşınması təmin olunmalıdır. Əgər olunmayıbsa, bunu araşdırarıq”.
Teqlər