-
Bəqayi: Əvvəldən bəlli idi ki, ABŞ İranla bağlı təcavüz cinayətində tam şəkildə iştirak edib
Noy 06, 2025 11:14İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidentinin İsrailin İrana qarşı hərbi təcavüzünə görə məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı açıqlamasına münasibət bildirərək yazıb: Elə əvvəldən aydın idi ki, ABŞ İsrailin İran xalqına qarşı törətdiyi təcavüz cinayətində tam şəkildə iştirak edib.
-
İranlı gənc voleybol ulduzu vəfat etdi
Noy 05, 2025 11:30Gənc və solaxay İran voleybol ulduzu Sabir Kazimi bu səhər (çərşənbə, 5 noyabr) 26 yaşında vəfat etdi və bu, idmanı və böyük İran voleybol ailəsini dərin qəmə və kədərə qərq etdi.
-
Qalibaf Pakistana yola düşdü
Noy 05, 2025 11:29İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bir neçə dəqiqə əvvəl Pakistan Milli Məclisi sədrinin rəsmi dəvəti ilə İslamabada yola düşüb.
-
Əraqçi: Nobel mükafatı uzun müddətdir ki, ona yaraşan etibarı itirib
Noy 05, 2025 07:27İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Nobel sülh mükafatı laureatının sionist cinayətkarları tərifləməsinə münasibət bildirib: Nobel mükafatı çoxdan ona yaraşan etibarı itirib.
-
İran adalarına hücum olarsa, dağıdıcı cavab veriləcək
Noy 04, 2025 16:32İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı qüvvələrin tam hazırlıq vəziyyətində olduğunu vurğulayaraq, deyib: "Ölkənin adaları “möhkəm qalalardır” və orada yerləşən döyüşçülər yüksək iradə və mənəviyyatla ərazi bütövlüyünü qorumağa hazırdırlar".
-
SEPAH sözçüsü: 12 günlük müharibədə "qələbə rəvayəti" yaratmaq sionist rejimin İrana qarşı strategiyasıdır
Noy 04, 2025 16:25İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Əli Məhəmməd Naini bildirib: 12 günlük müharibədə qələbə rəvayəti formalaşdırmaq və yeni müharibə qorxusu yaratmaq, sionist rejimin İran İslam Respublikasına qarşı strategiyasıdır.
-
İran Parlamentinin sədri: Amerikaya ölüm hegemoniya və hökmranlıq məntiqinə ölüm deməkdir
Noy 04, 2025 11:50"13 Abanın" (4 noyabr - İran girov böhranı) tarixi bir hadisə deyil, mövcud bir reallıq olduğunu bildirən İslam Şurası Məclisinin sədri dedi: Amerikaya ölüm şüarı hökmranlığa ölüm deməkdir, millətlərə ölüm demək deyil, zorakılığa müqavimət deməkdir. 13 Abanda biz kor nifrətdən deyil, hökmranlığa qarşı rasionallıqdan danışırıq. Amerikaya ölüm hegemoniya məntiqinə ölüm deməkdir.
-
Tehranda 13 Aban yürüşü başladı; tələbələr inqilab və sistemin tərəfdarıdır
Noy 04, 2025 11:41İlahi gün olan 13 Aban Yürüşü bu səhər, çərşənbə axşamı, bütün ölkə ilə eyni vaxtda, Tehranda tələbələrin və xalqın müxtəlif təbəqələrinin iştirakı ilə başladı.
-
İran-Amerika ixtilafı taktiki deyil, əsaslıdır
Noy 03, 2025 19:34İslam İnqilabının Ali Rəhbəri vurğulayıblar ki: İran İslam Respublikası ilə Amerika arasındakı ixtilaf, əsaslı ixtilaf, həmçinin Amerika və İran İslam Respublikası kimi iki cərəyanın maraqlarının qarşıdurmasıdır.
-
Laricani: Düşmənin bütün məqsədi İran xalqının iradəsini sındırmaqdır
Noy 02, 2025 12:20İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, düşmənin bütün məqsədi İran xalqının iradəsini sındırmaqdır. O qeyd edib: Biz danışıqlar aparmayaq demirik, lakin danışıqlar real olmalıdır.