-
Pezeşkian: Biz nüvə obyektlərini daha böyük güclə yenidən quracağıq
Noy 02, 2025 07:16Prezident nüvə sənayesinin yüksək vəzifəli rəhbərləri ilə görüşdü: Nüvə fəaliyyətlərimizin hamısı insanların və mülki məsələlərin həlli üçündür. Biz nüvə obyektlərini daha böyük güclə yenidən quracağıq.
-
Əraqçi: Günahsız insanlara qarşı terrorizm və zorakılıq dünyanın istənilən nöqtəsində və hər hansı formada pislənməlidir
Noy 01, 2025 19:41İranın xarici işlər naziri Əraqçi Sudan xarici işlər naziri ilə telefon danışığı zamanı bildirib: Terrorizm və günahsız insanlara qarşı zorakılıq dünyanın istənilən yerində və istənilən formada daim pislənməlidir.
-
Paşinyan: Münasibətlərin normallaşması yaxınlaşır
Noy 01, 2025 13:32Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə keçirilən Sülh Forumunda çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasında imzalanan sülh razılaşması regionda yeni siyasi atmosfer yaradıb və bu, Türkiyə ilə münasibətlərin normallaşmasına da təkan verib.
-
Tehran Qəzzada günahsız mülki əhaliyə qarşı sionist rejimin davam edən hücumlarını sərt şəkildə tənqid edib
Okt 29, 2025 16:51İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi sionist rejimin Qəzza zolağının cənub, mərkəz və şimal bölgələrinə qarşı həyata keçirdiyi genişmiqyaslı hava hücumlarını, eləcə də fələstinli məcburi köçkünlərin çadırlarının bombalanmasını kəskin şəkildə pisləyib. Bu hücumlar nəticəsində onlarla fələstinli, o cümlədən çoxsayda günahsız uşaq şəhid olub və yaralanıb.
-
Əraqçi: Xacə Nizamülmülkün xalq məktəb quruculuğunun banisi kimi YUNESKO-da qeydiyyata alınması istiqamətində iş aparılır
Okt 30, 2025 09:57İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib: Prezidentin yanında həftədə azı iki gün işləyən bir şəxs kimi şəhadət verirəm — doktor Pezeşkianın ən böyük eşqi təhsil və gələcək nəsillər üçün məktəb tikintisidir. Elə bir iclas olmayıb ki, o, təhsil nazirindən məktəb tikintisinin son vəziyyəti barədə soruşmasın.
-
İran qızlarından ibarət futzal komandası Asiya Gənclər Oyunlarında qalib gəldi
Okt 30, 2025 09:56İranın qızlardan ibarət futzal komandası Bəhreyndə keçirilən Asiya Gənclər Oyunlarında Çini penaltilər seriyasında məğlub edərək qalib gəldi.
-
Qalibaf: Düşmənlərin sülh şüarı onların hərəkətləri ilə uyğun gəlmir
Okt 30, 2025 09:55İslam Şurası Məclisinin sədri dedi: Sülh və dialoqdan danışan düşmənlər əməldə güclə danışırlar və hətta dialoq şüarları səsləndirərkən belə, həyati mərkəzlərimizi bombalamaq üçün B-2 təyyarələrini hazırlayırlar.
-
Bəqayi: Qrossi İranın nüvə proqramının dinc xarakterindən tam xəbərdardır
Okt 30, 2025 09:53İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Əl-Cəzirəyə verdiyi müsahibədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranın nüvə proqramının dinc xarakterindən yaxşı xəbərdar olduğunu bildirib.
-
BMT Baş katibi İsrailin Qəzzaya hücumlarını şiddətlə pisləyib
Okt 29, 2025 15:49BMT-nin mətbuat katibi Stefan Dujarrik bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş İsrailin dünən Qəzzaya endirdiyi hava zərbələri nəticəsində, çox sayda uşaqlar da daxil olmaqla, mülki şəxslərin qətlə yetirilməsini şiddətlə pisləyib.
-
Peskov: Putin və Əliyev arasında keçirilən görüş çox dəyərli olub
Okt 29, 2025 07:45Kremlin sözçüsü Dmitri Peskov Tacikistanda Rusiya və Azərbaycan prezidentlərinin son görüşünə münasibət bildirərək deyib: Tacikistanın paytaxtı Düşənbədə iki ölkə rəhbərləri arasında keçirilən ikitərəfli görüşün nəticələrini çox dəyərli qiymətləndiririk. Bu görüş ikitərəfli münasibətlərimizdə yeni bir səhifə açmaq baxımından mühüm əhəmiyyət kəsb edir.