Bu gün Məhərrəm ayının birinci günüdür
(last modified 2024-07-07T09:04:49+00:00 )
İyul 07, 2024 13:04 Asia/Baku
  • Bu gün Məhərrəm ayının birinci günüdür

Məhərrəm ayının birinci günündə İslami İran başdanbaşa İmam Hüseynin (ə) əzadarlıq xeyməsinə çevrilib.

 

 bu gün 1446-ci hicri qəməri ili Məhərrəm ayının birinci günüdür. 

Şiələrin üçüncü imamı Həzrət İmam Hüseyn (ə) 61-ci hicri qəməri ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid edildi. İmam Hüseyn (ə) Kərbəla səhrasında bənzərsiz fədakarlığı ilə bütün dünyaya azadəlik və şərəf dərsi verdi.

Həzrət İmam Hüseyn (ə) Kərbəla vaqiəsində açıq şəkildə vurğuladı ki, mənim hərəkətimdə məqsəd Yezidin islalama qarşı hökumətini rüsvay etmək, əmr-be-məruf, nəhy-əz-münkəri bərpa etmək, zülm və sitəm qarşısında dayanmaqdır.

Həzrət İmam Hüseyn (ə) hərəkatının dərsləri bütün məxluqatlar, bəşəriyyət və dünya qədər geniş tarix və coğrafiyaya malikdir və heç vaxt məhdudlaşa bilməz.

Teqlər