Məhərrəm ayının 3-cü günü
(last modified Mon, 17 Jul 2023 08:56:15 GMT )
İyul 17, 2023 12:56 Asia/Baku
  • Məhərrəm ayının 3-cü günü

1-Həzrət Məhəmmədin (s) islama dünəvi çağırışı günü2-Həzrət Hüseynin (s) Kufə camaatına məktubu3-Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olması4-Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınması

 

1-Həzrət Məhəmmədin (s) islama dünyəvi çağırışı günüİslam, Mədinə və onun ətrafında bərqərar olduqdan sonra hicri təqvimi ilə 7-ci il, məhərrəm ayının üçü, bütün dünyanı islamın zühura gəlməsi xəbəri və dünyanı bu dinə dəvət etmək məqsədi ilə müxtəlif ölkəlrin Şah və imperatorlarına məktub göndərmklə rəsmi olaraq o dinə dəvət etməyə başladı. Tarixçilər o məktubların sayının 12 - 26 aralarında oduğunu yazırlar. (“Lühuf”,  səh. 97- “Feyzül-əllam”, səh. 142)2-Həzrət Hüseynin (s) Kufə camaatına məktubuMəhərrəmin 2-ci günü, imam Hüseyn (ə) kufəlilərin yazdığı məktublara cavab yazıb. Məktubda onların dönə-dönə dəvət və yazılarını xatırladaraq beyətlərində sadiq qalmalarınını o həzrət kömək etmələrini istədi. Həzrət, Qeys ibn Müsəhhər Seydaviyə göstəriş verdi ki, məktubu Kufəyə çatdırsın. Lakin məmurlar yolda onu həbs edib şəhadətə çatdırdılar. (“Əl-irşad”, c. 2, səh. 37- “Biharül-ənvar”, c.44 səh, 381)3-Ömər ibn Sədin qoşunun Kərbəla diyarına daxil olmasıHürr ibn Yəzid, imam Hüseyn (ə) və onun köməkçilərini Kərbəladə mühasirəyə alıb onların Kufəyə tərəf getməsinin qarşını adlıqdan sonra, Übeydullah ibn Ziyad, Yezidin qoşunun başçılığını Ömər ibn Sədə tapşırdı. Ömər ibn Səd, hicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də altı və ya doqquz min nəfər döyüş qüvvəsi ilə Kərbəlayə varid oldu. (“Əl-irşad”, c. 2, səh. 84 - Məaliul-Sibtəyn, c. 1, səh.301)4-Kərbəla torpağının bir qisminin imam Hüseyn (ə) tərəfindən alınmasıHicri təqvimi ilə 61- ci il, cümə günü, məhərrəm ayının 3 - də, imam Hüseyn (ə), hazırda pak məzarnın yerləşdiyi torpaq sahəsini 60 min dirhəmə, Neynəva və Qazəriyə əhalisindən alıb onlarla şərtləşdi ki, onların qəbrini ziyarət etmək istəyən zəvvarlara yolu göstərib onları üç gün qonaq etsinlər. (Məcməül-bəhreyn, c.5, səh. 461, “Kərbəl” bölməsi).