ABŞ Türkiyənin etirazlarına məhəl qoymur
https://parstoday.ir/azeri/news/uncategorised-i1120-abŞ_türkiyənin_etirazlarına_məhəl_qoymur
PKK-nın Suriyadakı qanadına 242 milyon dollar büdcə ayrılacaq
(last modified 2023-07-18T10:48:19+00:00 )
İyul 17, 2023 14:57 Asia/Baku
  • ABŞ Türkiyənin etirazlarına məhəl qoymur

PKK-nın Suriyadakı qanadına 242 milyon dollar büdcə ayrılacaq

 

ABŞ Nümayəndələr Palatası Pentaqonun 2024-cü maliyyə ili büdcəsini özündə əks etdirən və ABŞ-ın müdafiə xərcləri siyasətlərini müəyyən edən qanun layihəsi çərçivəsində PKK-nın Suriya qanadına büdcə ayırıb.

Pentaqonun 2024-cü maliyyə ili büdcəsi və ABŞ-ın müdafiə xərcləri siyasətləri üçün 886 milyard dolları əhatə edir. Qanun layihəsi 219 deputatın “hə” səsi, 210 deputatın isə “xeyr” səsi ilə qəbul edilib.

Qanun layihəsi PKK/YPG-nin idarə etdiyi bütün Suriya qruplarını əhatə edir.