Məxdumqulu Fəraği kimdir?
(last modified 2024-10-16T10:27:52+00:00 )
Okt 16, 2024 14:27 Asia/Baku
  •     Məxdumqulu Fəraği kimdir?

Məşhur iranlı türkmən şairi Məxdumqulu Fəraği İran ilə Türkmən xalqlarının ortaq irsi olaraq bu xalqların ünsiyyətinə öz töhfəsini verməkdədir.

 

Dövlət-Məmməd Azadinin oğlu, türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Məxtumqulu Fəraqi 1733-cü milad ilində, İranın indiki Gülüstan vilayətinin Qünbədkavus bölgəsinin Hacı Qovuşan kəndində anadan olmuşdur. Yetkin çağlarında Məxtumqulu özünə Fəraği ləqəbini götürüb. Erkən yaşlarından ərəb və fars dilində kitab oxumasını, atasının zəngin kitabxanasına borcludur. O əqli və nəqli elmləri atasından öyrəndikdən sonra Niyaz Saleh mədrəsəsində  irfan və mənəvi səciyyələrə yiyələnib. O məhz bu təhsildən sonra şeir və ədəbiyyat ərsəsinə daxil olub.

Məxdumqulu təhsilini davam etdirmək üçün Buxaraya gedir, həmçinin Xivə, Təbriz və Şirvanda bir çox alimlərdən öyrənir və nəhayət öz yurduna, Ətrək çayının hövzəsində yerləşən el obasına qayıdır və ömrünün sonunadək orada yaradıcılıq ilə məşğul olur. O sadəcə bir şair deyil, böyük arif və filosof kimi dəyərləndirilir. Məxdumqulunun şeirlərinin məzmununu Allah sevgisi, vətən sevgisi və əhli-beyt sevgisi təşkil edir.

Türkmənlər üçün Məxdumqulu böyük dini və ədəbi şəxsiyyət olaraq, türkmənlərin dini inanclarının və ictimai şüurunun inkişafında dərin iz buraxmışdır. Məxdumqulunun İmam Hüseyn(ə) və Aşura hadisəsi ilə bağlı şeirləri sünni türkmənlər üçün xüsusi dəyərə malikdir. Məxdumqulu ənənəvi sünni məzhəbinin inanclı davamçıları olan türkmənlərə İman Hüseyni(ə) nümunə göstərməklə türkmən xalqına böyük təsir buraxmışdır.

Məxdumqulu Fəraqi 1790-cı milad ilində Söngüdağın ətəyində yerləşən Ebasarı bulağının kənarında dünyasını dəyişib. Onu indiki gülüstan vilayətinin şimal şərqində yerləşən Maravatəpənin 40 km qərbində Ağtuqay kəndində atasının məzarı yanında dəfn ediblər.

Hər il İran dövləti tərəfindən Fərağinin doğulduğu gün geniş kütlənin və İran və Türkmənistan rəsmilərinin iştirakı ilə onun məqbərəsi ərazisində təntənəli şəkildə qeyd olur.

Ötən il islam inqilabının aliməqam rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Tehranda Türkmənistan Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməmmədovu qəbulu zamanı tarix boyu Ətrək və Ceyhun çayları arasında yüzlərlə alim və məşhur şəxsiyyətin yetişməsinə diqqət çəkmişdi. O həzrət məşhur türkmən şairi Məxdumqulunun məqbərəsinin İranda yerləşməsini iki ölkə arasında möhkəm mədəni bağlılığın nümunəsi adlandırmışdı.

Ötən il İranın Gülüstan vilayətinin mədəniyyət baş idarəsinin müdiri Məxdumqulu Fəraği mövzusunda bir kino filmin çəkiləcəyindən xəbər vermişdi. Cari il may ayında Məxdumqulu Fəraği İranın karifeyləri siyahısına daxil edildi.

Türkmənistan dövləti də Məxdumqulu Fəraqinin vəfatının 300 illiyi ilə bağlı oktyabrın 10-da xüsusi tədbir keçirir. İran prezidenti Məsud Pezeşkian da tədbirdə iştirak edir.

İran İslam Respublikası qonşu ölkələrlə ortaq mədəniyyəti bölüşən məşhur şəxsiyyətlərin diqqət mərkəzində saxlanılmasına xüsusi önəm verərək bu dəyərli amildən region xalqlarının birliyinə töhfə vermək istiqamətində faydalanmağa təkid edir.

 

 

 

 

 Buxaranın İdris-Baba və Kəkildaş mədrəsələrində oxuyub.Burada o öz dövrünün savadlı adamlarından sayılan mövlana Nuri-Kazım ibn Baharla tanış olur və onunla birlikdə səyahətə çıxır. Özbəkistanı, Tacikistanı, Əfqanıstanı keçərək Hindistanın şimalına tərəf gedir. 1757-ci ildə hər iki nəfər o dövrün elm mərkəzlərindən biri sayılan, çoxlu mədrəsəsi olan Xivə şəhərinə gəlirlər. Burada Məhtimqulu Şirqazi xanın 1713-cü ildə tikdirdiyi mədrəsəyə daxil olur. 1760-cı ildə atasının ölümü ilə əlaqədar o vətəninə qayıdır. Sevdiyi qızın başqasına ərə verilməsi və iki böyük qardaşının ölümü ona böyük zərbə olur. Qardaşlarına olan niskil onun şeirlərində iz buraxmışdır. Lakin bununla onun məhrumiyətləri bitmir. O evlənir, lakin onun iki oğlu gənc yaşlarında vəfat edirlər. 1760-cı ildən sonra ölümünə kimi o Manqışlağa, Həştərxana, Azərbaycana, oradanda Yaxın və Orta Şərq ölkələrinə səyahət edir. Məhtumkulunun əsas nailiyyəti klassik ədəbiyyatı folklor ilə yaxınlaşdırmasıdır. O həmçin türkmən ədəbiyyatını ərəb və fars təsirlərindən xeyli azad edib. Şair 1783-cü ildə vəfat edib. Məhtimqulu türkmənlərin birləşməsini istəyirdi. Bu onun yaradıcılığında yer almışdır. Türkmənlərin özlərini ayrı-ayrı tayfalara aid edən bir millət hesab edirdi. Məhtumkulunun yaradıcılığı Azərbaycanın görkəmli yazıçıları Molla Pənah Vaqifə və Molla Vəli Vidadiyə çox təsir etmişdir. Həmçinin Məhtimqulu özüdə heç şübhəsiz Azərbaycan ədəbiyyatından təsirlənmişdir.

Teqlər