50 ildən çox Avropa Birliyinin qapıları arxasında gözləmişik
Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün şərait yaranan zaman İsveçin NATO-ya üzvlüyünə zəmin yaradacağıq
Bu şərti Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan NATO sammitində iştirak etmək üçün Litvaya səfər etməzdən öncə kəsib.
Ərdoğan öz çıxışında bu haqda belə deyib: Hal-hazırda demək olar ki, NATO-ya üzv bütün ölkələr Avropa Birliyinə üzvdürlər. Mənim müraciətim Türkiyəni əlli ildən çox Avropa Birliyinin qapıları arxasında gözlədən ölkələrədir. Mən bu sözləri Vilnüsdə də təkrar edəcəyəm.
Gəlin, Türkiyənin Avropa Birliyinə üzvlüyünə şərait yaradaq. Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün şərait yaranan zaman İsveçin NATO-ya üzvlüyünə zəmin yaradacağıq- Finlandiya barədə etdiyimçiz kimi- deyə, Ərdoğan bildirib