Türkiyədə çətin günlərin proqnozu
(last modified Wed, 19 Jul 2023 13:05:13 GMT )
İyul 19, 2023 17:05 Asia/Baku
  • Türkiyədə çətin günlərin proqnozu

Türkiyə Mərkəzi Bankı bu həftə bu ölkədə faiz dərəcəsini növbəti dəfə artıracaq.

Aran Radiosunun məlumatına görə,Türkiyə aylardır iqtisadi böhranla üzləşib. Türkiyədə lirənin devalvasiyası, inflyasiya, işsizlik və yoxsulluğun artması may ayında keçirilən prezident seçkiləri kampaniyasında iqtisadi məsələləri çox vacib məsələyə çevirmişdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu seçkilərdə qalib gəldikdən sonra hökumət qurumlarının iqtisadi qərar vericilərini dəyişdi.

Hökumətin yeni üzvləri də keçmiş həmkarları ilə müqayisədə fərqli qərarlar veriblər və faiz artımı da bu qərarlardan biri olub, amma hələ də iqtisadi vəziyyətdə və statistikada müsbət dəyişiklik yoxdur.

Türkiyədəki iqtisadçı ekspertlər rəyi sorğusunda Türkiyə Mərkəzi Bankının bu həftə bankarın faiz dərəcəsini 15%-dən 20%-ə qaldıracağını proqnozlaşdırıblar.

Araşdırmaya görə, bu il türkiyədə inflyasiya 51,5 faiz təşkil edəcək.