Ərdoğan: Var gücümüzlə Fələstin məsələsinə dəstək verəcəyik
(last modified Wed, 26 Jul 2023 08:42:34 GMT )
İyul 26, 2023 12:42 Asia/Baku
  • Ərdoğan: Var gücümüzlə Fələstin məsələsinə dəstək verəcəyik

Türkiyə prezidenti deyib ki, Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin təşkili bütün regionun sülhü və sabitliyi üçün zəruridir.

 

Rəcəb Tayyıp Ərdoğan bu sözləri Ankarada Fələstin muxtariyyətinin başçısı Mahmud Abbasla birgə mətbuat konfransında deyib. Bildirib ki, tərəfi-müqabili ilə ikitərəfli əlaqələrin genişləndirilməsi barədə söhbət edib.

Var gücümüzlə Fələstin məsələsinə dəstək verəcəyik- deyən Ərdoğan vurğulayıb ki: Sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı zorakı hərəkətləri və Təl-Əvivin sionist qəsəbəsalma siyasətini pisləyirik.

Ərdoğan söyləyib: İkiölkəli həll yolu, Fələstin məsələsinin ən yaxşı həll yoludur və biz Məscidüləqsanı və müqəddəs məkanları hədəfləyəcək bütün hərəkətlərə qarşıyıq.

Mahmud Abbas isə bu mətbuat konfransında belə deyib: Fələstin xalqını, həmçinin onun azadlığa nailolma, həmçinin Qüdsü və müqəddəsləri müdafiə üzrə səyini himayə etdiyinə görə, Türkiyəyə təşəkkür edirik.

O, əlavə edib: Hal-hazırda İsrail rejimində/ siyasi prosesdən qalan prinsipləri məhv etmək üçün əlindən gələni edən sağçı və ekstremist bir dövlətlə üzləşirik.

Abbas söyləyib: Problemlərlə mübarizə və Fələstin birliyini bərpa etmək məqsədilə fələstinli qrupların baş katiblərini cari ay ərzində Qahirədə fövqəladə iclas keçirməyə dəvət etmişik.