İran və İraq arasında ticarət və bank əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
https://parstoday.ir/azeri/news/west_asia-i14004-İran_və_İraq_arasında_ticarət_və_bank_əməkdaşlığının_genişləndirilməsi_müzakirə_olunub
İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti İraqa səfəri çərçivəsində bu ölkənin ticarət naziri Mustafa Nizar əl-Ani ilə görüşərək iki ölkə arasında iqtisadi əlaqələrin asanlaşdırılması, ticarət mübadiləsində mövcud maneələrin aradan qaldırılması və bank əməkdaşlığının genişləndirilməsi yollarını müzakirə edib
(last modified 2026-08-16T16:53:34+00:00 )
Avq 16, 2026 20:48 Asia/Baku
  •  İran və İraq arasında ticarət və bank əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti İraqa səfəri çərçivəsində bu ölkənin ticarət naziri Mustafa Nizar əl-Ani ilə görüşərək iki ölkə arasında iqtisadi əlaqələrin asanlaşdırılması, ticarət mübadiləsində mövcud maneələrin aradan qaldırılması və bank əməkdaşlığının genişləndirilməsi yollarını müzakirə edib

 

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Himməti İraqa səfərinin ilk günündə bu ölkənin ticarət naziri Mustafa Nizar əl-Ani ilə görüşüb və fikir mübadiləsi aparıb.

İkitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət, investisiya və maliyyə münasibətlərinin inkişafı məqsədilə keçirilən görüşdə tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud geniş imkanları vurğulayıb, əvvəlki razılaşmaların həyata keçirilməsi və iki qonşu ölkə arasında bank əlaqələrinin səviyyəsinin artırılması məsələlərini müzakirə ediblər.

Himməti görüşdə özəl sektor nümayəndələrinin malların ixracı və idxalının asanlaşdırılmasında fəal roluna toxunaraq, xüsusilə giriş məntəqələrində ticarət mübadiləsi prosesinin sürətləndirilməsi üçün yeni mexanizmlərin tətbiq edilməsinin zəruriliyini vurğulayıb.

İraqın ticarət naziri də əməkdaşlığın genişləndirilməsini alqışlayaraq, İraq hökumətinin iqtisadi fəalların qarşılaşdığı problemlərin aradan qaldırılması və İran İslam Respublikası ilə ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində iradəsinin olduğunu bildirib.