Yəmən yenidən müharibə təhlükəsi ilə üz-üzə
https://parstoday.ir/azeri/news/west_asia-i14036-yəmən_yenidən_müharibə_təhlükəsi_ilə_üz_üzə
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Yəməndə qarşıdurmaların yenidən şiddətlənməsi fonunda ölkənin tammiqyaslı müharibəyə qayıtmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib və bütün tərəfləri gərginliyi dərhal azaltmağa çağırıb
(last modified 2026-08-19T05:58:04+00:00 )
Avq 19, 2026 09:54 Asia/Baku
  • Yəmən yenidən müharibə təhlükəsi ilə üz-üzə

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Yəməndə qarşıdurmaların yenidən şiddətlənməsi fonunda ölkənin tammiqyaslı müharibəyə qayıtmaq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib və bütün tərəfləri gərginliyi dərhal azaltmağa çağırıb

 

Pars Today-in Fransa Xəbər Agentliyinə (AFP) istinadən verdiyi məlumata görə, Volker Türk Yəməndə gərginliyin artması nəticəsində itkilərin çoxalmasından narahatlığını ifadə edərək, ölkənin yenidən genişmiqyaslı müharibəyə sürüklənməsinin qarşısını almaq üçün təmkin nümayiş etdirilməsinə və gərginliyin dərhal azaldılmasına çağırıb.

Volker Türk bəyanatında bildirib: “Bütün tərəfləri Yəmənin tammiqyaslı müharibəyə qayıtması riskini yaradan istənilən addımı dərhal dayandırmağa çağırıram.”

Son günlər Yəmənin bir sıra bölgələrində Yəmən silahlı qüvvələri ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətə bağlı qüvvələr arasında toqquşmalar yenidən şiddətlənib.

Yəmən silahlı qüvvələri raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdikləri hücumlarda Səudiyyə Ərəbistanına bağlı qüvvələrin Məarib və Hadrəmaut əyalətlərindəki mövqelərini və düşərgələrini hədəfə alıb. Müxtəlif mənbələrin məlumatına görə, bu hücumlar 2022-ci ildə atəşkəs əldə olunandan bəri ən şiddətli qarşıdurma dalğalarından biri hesab olunur.

Bunun qarşılığında Səudiyyə Ərəbistanına bağlı qüvvələr də Yəmən silahlı qüvvələrinin mövqelərinə qarşı hücumlar və hərbi əməliyyatlar həyata keçirdiklərini bildiriblər.

Bu proses qarşılıqlı hücumların şiddətlənməsinin Yəməndə daha genişmiqyaslı qarşıdurmanın yenidən başlaması və son illərdəki nisbi sakitliyin sona çatması ilə bağlı narahatlıqları artırdığı bir vaxtda davam edir.