Türkiyənin İzmir şəhərində İsveç konsulluğu qarşısında silahlı hücum olub
https://parstoday.ir/azeri/news/west_asia-i1424-türkiyənin_İzmir_şəhərində_İsveç_konsulluğu_qarşısında_silahlı_hücum_olub
Ötən gün İsveçin İzmirdəki (Türkiyə) konsulluğu qarşısında silahlı hücum nəticəsində bir qadın yaralanıb.
(last modified 2023-08-05T07:04:58+00:00 )
Avq 02, 2023 07:40 Asia/Baku
  • Türkiyənin İzmir şəhərində İsveç konsulluğu qarşısında silahlı hücum olub

Ötən gün İsveçin İzmirdəki (Türkiyə) konsulluğu qarşısında silahlı hücum nəticəsində bir qadın yaralanıb.

Türkiyənin İzmir şəhərinin yerli hakimiyyət orqanları əqli qüsurlu şəxsin tapança ilə atəş açmağa başladığını açıqlayıb.

Bu hadisədə İsveç Konsulluğunda katib işləyən türkiyəli qadın yaralanaraq xəstəxanaya aparılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Türkiyə polisi hadisənin səbəbləri və hücum edənin motivi ilə bağlı araşdırmalara başlayıb.

Bu hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Əlavə edək ki Ötən həftədə Türkiyənin Rizə şəhərində bir xəstəxanaya hücum edən şəxs xəstələrə və həkimlərə atəş açaraq bir həkim, iki xəstə və iki polis əməkdaşını yaralamışdı.