Yəməndə
Səudiyyə-Əmirlik koalisiyasına bağlı qüvvələrin mövqelərinə raket zərbələri endirilib
Yerli mənbələr Yəmən silahlı qüvvələri tərəfindən ölkənin qərbində Səudiyyə-Əmirlik koalisiyasına bağlı qüvvələrin toplaşdığı məntəqələrə doğru bir neçə raket və hücum PUA-sının buraxıldığını bildiriblər.
Yəməndəki səhra mənbələri çərşənbə axşamı səhər bildiriblər ki, Yəmən silahlı qüvvələri Səudiyyə muzdlularının Əl-Hudeydə əyalətinin Əl-Xuxə bölgəsindəki mövqelərinə və toplaşma məntəqələrinə, həmçinin Taiz əyalətində yerləşən strateji Əl-Muxa limanına bir neçə raket atıb.
Məlumatlı mənbələrin sözlərinə görə, hücumlar davam edib və Yəmən qüvvələri əməliyyat zamanı ballistik raketlərdən və hücum PUA-larından istifadə edib.
İlkin məlumatlara əsasən, Yəmənin qərb sahili boyunca Səudiyyə-Əmirlik koalisiyasına bağlı qüvvələrin düşərgələrində çoxsaylı partlayışlar qeydə alınıb.