Səudiyyə Ərəbistanının qılıncı yalnız İslam ümmətinə qarşı qınından çıxır
https://parstoday.ir/azeri/news/west_asia-i14596-səudiyyə_Ərəbistanının_qılıncı_yalnız_İslam_ümmətinə_qarşı_qınından_çıxır
Əl-Husinin sözlərinə görə, Sənada Səudiyyə rejiminin törətdiyi «Əs-Salə əl-Kübra» qətliamı nəticəsində təxminən 1000 nəfər həlak olub və yaralanıb. Yəmənin bütün əyalətləri Səudiyyə rejiminin insanlıq əleyhinə cinayətlərinin və hərbi cinayətlərinin şahidi olub.
(last modified 2026-10-09T17:03:33+00:00 )
Okt 09, 2026 21:01 Asia/Baku
  • Səudiyyə Ərəbistanının qılıncı yalnız İslam ümmətinə qarşı qınından çıxır

Əl-Husinin sözlərinə görə, Sənada Səudiyyə rejiminin törətdiyi «Əs-Salə əl-Kübra» qətliamı nəticəsində təxminən 1000 nəfər həlak olub və yaralanıb. Yəmənin bütün əyalətləri Səudiyyə rejiminin insanlıq əleyhinə cinayətlərinin və hərbi cinayətlərinin şahidi olub.

 

 

Əl-Məyadin telekanalının məlumatına görə, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi 2016-cı ildə Səudiyyə-ABŞ koalisiyasının Sənada yerləşən «Əs-Salə əl-Kübra» zalında törətdiyi cinayətin onuncu ildönümü münasibətilə çıxış edib.

 

O bildirib ki, Səudiyyə Ərəbistanı özünü «İki Müqəddəs Ocağın xidmətçisi» kimi təqdim edir, lakin ölkənin bayrağında təsvir olunan qılınc yalnız İslam ümmətinə qarşı qınından çıxarılır.

 

Əl-Husinin sözlərinə görə, Sənada Səudiyyə rejiminin törətdiyi «Əs-Salə əl-Kübra» qətliamı nəticəsində təxminən 1000 nəfər həlak olub və yaralanıb. Yəmənin bütün əyalətləri Səudiyyə rejiminin insanlıq əleyhinə cinayətlərinin və hərbi cinayətlərinin şahidi olub. O, ABŞ və İsrail rejiminin iştirakı ilə Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı qəsdən cinayətlər törətdiyini bildirib.

 

Ənsarullah lideri əlavə edib ki, Səudiyyə rejimi zahirdə nümayiş etdirdiyinin əksinə olaraq, günahsız insanların qanını tökməyə aludə olub və bütün İslam xalqları bu rejimə cinayətkar kimi yanaşmalıdır.

 

Əl-Husi vurğulayıb ki, Səudiyyə Ərəbistanı Yəmən xalqının iradəsini qırmağa və onu təslim olmağa məcbur etməyə çalışır, lakin bu, xam xəyaldan başqa bir şey deyil. Onun sözlərinə görə, 12 illik təcavüz göstərir ki, Səudiyyə düşməni Yəmən xalqının qanını nə qədər çox tökürsə, bu xalq işğalçılara qarşı mübarizədə bir o qədər qətiyyətli olur.

Ənsarullah lideri sonda bildirib ki, Səudiyyə Ərəbistanının yanında dayanan hər kəs də bu təcavüzə və onun törətdiyi günaha şərikdir.