Sionist ehtiyat pilotları döyüş təliminə qoşulmaq istəmədi
(last modified Wed, 16 Aug 2023 16:43:04 GMT )
Avq 16, 2023 20:43 Asia/Baku
  • Sionist ehtiyat pilotları döyüş təliminə qoşulmaq istəmədi

Qondarma İsrail ordusunda etirazların və xidmətdən boyun qaçırma hallarının artması nəticəsində qondarma rejimin Hərbi Hava Qüvvələrinin ehtiyat pilotları ordunun döyüş əməliyyatlarında iştirak etmək istəmədiklərini açıqlayıblar.

 

Sionist rejimin hakim kabineti Knessetdəki (Parlament) nümayəndələrinin dəstəyi ilə Netanyahunun Knessetdə təklif etdiyi məhkəmə dəyişiklikləri çərçivəsində “sağlam məntiq” qanun layihəsini təsdiqləyib.

Qeyd edək ki, bu qanunun təsdiqi sionist rejimin məhkəmə sisteminin səlahiyyətlərinin azaldılmasında ilk addımdır.

Sionist “Yediot Aharonot” qəzeti xəbərlərin birində yazıb ki, sionist rejimin ehtiyat pilotları işğal olunmuş ərazilərin cənubundakı Ramon hava bazasında İsrailin hərbi naziri Yoaf Qalant ilə keçirilən görüşdə onlar da bu etirazlara qoşulmaq niyyətlərini açıqlayıblar. 

Bu xəbərə görə, Qallantın "Ramon” aviabazasına səfəri İsrail rejiminin Hərbi Hava Qüvvələrinin komandiri Tomer Barın cümə günü rejimin hərbi gücünün azaldılması ilə bağlı xəbərdarlıq etdiyi bir vaxta təsdüf edir. 

Sionist rejimin regional əməkdaşlıq naziri David Amsalem də bu rejim ordusu daxilində üsyan və etiraz vəziyyətinin genişləndiyini və bunun qondarma İsrail ordusunun effektivliyinin azalmasına səbəb olduğunu açıqlayıb.

Sionist rejim daxilində böhran Netanyahunun kabinetinin bu rejimdə məhkəmə dəyişiklikləri ilə bağlı qanun layihəsinin təsdiqinə təkid etməsindən sonra daha da şiddətlənib.

Teqlər