Danimarka səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
https://parstoday.ir/azeri/news/west_asia-i1756-danimarka_səfiri_türkiyə_xarici_İşlər_nazirliyinə_çağırılıb
Türkiyə Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərimin dəfələrlə təhqir olunması ilə əlaqədar bu ölkənin səfirini növbəti dəfə çağırıb.
(last modified 2023-08-26T07:15:45+00:00 )
Avq 24, 2023 06:04 Asia/Baku
  • Danimarka səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Türkiyə Xarici İşlər Nazirliyi Danimarkada Qurani-Kərimin dəfələrlə təhqir olunması ilə əlaqədar bu ölkənin səfirini növbəti dəfə çağırıb.

Son aylarda bəzi Avropa ölkələrində, o cümlədən Danimarka və İsveçdə Qurani-Kərimin təhqir olunması bütün dünya müsəlmanlarının qəzəbinə səbəb olub

Bu günlərdə İslamofob və ekstremist millətçi “Dansk Patrioter” qruplaşmasının üzvləri İraqın Danimarkanın paytaxtı Kopenhagendəki səfirliyinin qarşısında Qurani-Kərimin bir nüsxəsini yandırıblar.

  Artıq dördüncü dəfədir ki, Danimarka səfirliyinin müvəqqəti işlər vəkili Kopenhagendə Türkiyə və bəzi müsəlman ölkələrinin səfirlikləri qarşısında Qurani-Kərimi təhqir etdiyinə görə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılır.

Danimarkanın müvəqqəti işlər vəkili də avqustun 18, 21 və 22-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.