Paşinyan bir neçə naziri istefaya göndərə bilər
Avq 26, 2023 09:45 Asia/Baku
Paşinyan hökumətin tərkibində dəyişiklik etməyi planlaşdırır
Ermənistan baş naziri Nikol Paşinyan hökumətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.
bu barədə Ermənistanın "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki,“bu qərar yekun deyil və oktyabr ayında da qəbul edilə bilər”.
İstefaya göndəriləcək nazirlər arasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın da adı hallanır. Paşinyanın onun işindən narazı olduğu vurğulanıb.
Nəşrin məlumatına görə, hökumət dəyişiklikləri hələlik gizli saxlamağa çalışır.