İran və Qətər xarici işlər nazirləri arasında telefon danışığı olub
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdollahian və Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Sani telefon danışığında regionda baş verən son hadisələri və ümumi maraq doğuran məsələləri müzakirə ediblər.
İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan bu telefon danışığında Qətər hökumətinin müsbət rolunu və bu ölkənin yüksək rütbəli rəsmilərinin regional və beynəlxalq münasibətlərdə konstruktiv səylərini yüksək qiymətləndirib.
Qətərin xarici işlər naziri İran və Qətər hökuməti arasında dostluq münasibətlərindən məmnunluğunu ifadə edərək, həmçinin əlaqələrin inkişafını yüksək qiymətləndirib və tərəflər arasında sıx məsləhətləşmələrin davam etdirilməsini vurğulayıb.