Bodrumda oteldə atışma: ölü və yaralılar var
https://parstoday.ir/azeri/news/west_asia-i1844-bodrumda_oteldə_atışma_ölü_və_yaralılar_var
Türkiyənin Bodrum şəhərində bir oteldə baş verən atışmada ən azı bir nəfər həlak olub.
(last modified 2023-08-30T05:46:08+00:00 )
Avq 28, 2023 12:32 Asia/Baku
  • Bodrumda oteldə atışma: ölü və yaralılar var

Türkiyənin Bodrum şəhərində bir oteldə baş verən atışmada ən azı bir nəfər həlak olub.

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərindəki otellərin birində atışma baş verib

Bu barədə Türkiyə mətbuatı məlumat verib.

Məlumata görə, otelə maşınla gələn 3 nəfərlə orada olan digər 3 nəfər arasında silahlı qarşıdurma yaranıb.

Hadisə nəticəsində 1 nəfər öldürülüb. Digər 3 nəfər isə yaralanaraq xəstəxanaya aparılıb.

Bodrum şəhər polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. Qəza yerində bəzi giriş-çıxış yolları da bağlanıb.