Paşinyan Qarabağdakı kritik vəziyyətdən narahatdır
https://parstoday.ir/azeri/news/west_asia-i1866-paşinyan_qarabağdakı_kritik_vəziyyətdən_narahatdır
Ermənistanın baş naziri Fransa prezidenti ilə telefon danışığında Qarabağdakı kritik vəziyyətdən narahatlığını bildirib.
(last modified 2023-08-31T04:11:11+00:00 )
Avq 30, 2023 05:41 Asia/Baku
  • Paşinyan Qarabağdakı kritik vəziyyətdən narahatdır

Ermənistanın baş naziri Fransa prezidenti ilə telefon danışığında Qarabağdakı kritik vəziyyətdən narahatlığını bildirib.

44 günlük Dağlıq Qarabağ müharibəsi 2020-ci ildə Rusiyanın vasitəçiliyi və Ermənistanla Azərbaycan Respublikası arasında atəşkəs sazişinin bağlanması ilə başa çatıb. Buna baxmayaraq, tərəflər dəfələrlə bir-birini atəşkəsi pozmaqda ittiham ediblər.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat yayaraq bildirib ki, Fransa prezidenti Emmanuel Makronla söhbətində regionda sülh və sabitliyin təmin edilməsi üçün davamlı səylərin vacibliyi vurğulanıb.

Həmçinin qeyd edək ki ,bir müddət əvvəl  Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında ölkəsinin Dağlıq Qarabağ böhranının həllində iştirak etməyə hazır olduğunu bəyan edib.