Əmir Abdullahian: “Biz Livanı dəstəkləməyə davam edəcəyik”
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə axşamı günortadan sonra Beyruta səfər edərək, ölkənin yüksək rütbəli rəsmiləri ilə son regional və beynəlxalq məsələlər ətrafında ikitərəfli əlaqələr haqda danışıb.
İranın xarici işlər nazirinin qarşılanma mərasimində Livan parlamentinin sədri adından Əyyub Həmid bu səfəri iki ölkə arasında əlaqələrin dərinliyinə olan diqqət kimi qiymətləndirib.
İran Xarici işlər naziri bu səfərdə bildirib ki, biz Livana güclü dəstəyimizi davam etdirəcəyik və bu ölkənin prezident seçimində bütün Livan tərəflərini dialoq və müzakirəyə çağırırıq.
Hüseyn Əmir Abdullahian keçirdiyi mətbuat konfransında Livana səfərinin məqsədlərinə toxunaraq, jurnalistlərə verdiyi açıqlamasında deyib ki, İran İslam Respublikası Livan üçün sülh, əminamanlıq və xeyirxahlıqdan başqa bir şey istəmir.
Prezidentin seçilməsi ilə bağlı qərarında uzaqgörən Livan xalqının rolunu və bu ölkənin liderlərinin səhnədə çıxışını vurğulayan xarici işlər naziri bildirib ki, “ biz Livan liderləri və xalqının prezident seçmək üçün siyasi qərara malik olan iqtidara sahib olduğuna inanır və bu siyasi vəziyyəti tam bir şəkildə özünü doğruldacağına ümid edirik. Biz həmişə Uca Allahdan Livan dövlətinə, millətinə, ordusuna və müqavimət cəbhəsi üçün ən yaxşı arzularımızı diləyirik”
Əmir Abdullahian həmçinin bütün regional və qeyri-regional ölkələri hərtərəfli iqtisadi və ticari əməkdaşlıq çərçivəsində Livanın iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına kömək etməyə çağırıb.
O, həmçinin çıxışında İran İslam Respublikası Livana güclü dəstəyini davam etdirəcəyini də vurğulayıb.
Əmir Abdullahian Səudiyyə Ərəbistanı rəsmiləri ilə apardığı müzakirələr barədə də haqqında məlumat verərək bildirib ki, “Təbii ki, Səudiyyə Ərəbistanı rəsmiləri ilə müzakirələr zamanı Livandakı vəziyyətə kömək etmək barədə onlardan müsbət və konstruktiv ifadələr eşitdik”
Qeyd edə ki, Əmir Abdullahian bu səfərdə Beyrutda Seyid Həsən Nəsrullahla da görüşü baş tutub.
Beyruta səfər edən İranın xarici işlər naziri Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşərək Livan və regionda baş verən son siyasi prosesləri müzakirə edib.