Küveyt Türkiyə ilə "Bayraktar" PUA-sının alınması üçün müqavilə imzalayıb
Küveyt Türkiyə ilə 18 ədəd "Bayraktar" zərbə pilotsuz təyyarəsinin alınması üçün müqavilə imzalayıb.
Aran Radiosu , TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Küveytdəki səfiri Tuba Nur Sönməz bildirib.
Bu il iyunun 13-də Küveyt Müdafiə Nazirliyi Türkiyə ilə Bayraktar TB2 PUA-larının tədarükü ilə bağlı 367 milyon dollar məbləğində müqavilə imzaladığını açıqlasa da, nazirlik Küveytin sifariş etdiyi PUA-ların dəqiq sayını açıqlamayıb.
Qeyd edək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra Fars körfəzinin üçüncü ərəb ölkəsi olan Küveyt Türkiyə ilə pilotsuz təyyarələrin alınması üçün müqavilə imzalayıb.
Əlavə edək Türkiyənin Anadolu xəbər agentliyi Küveytin sifarişi ilə Baykar şirkətindən Bayraktar TB2 PUA-larını sifariş edən ölkələrin sayının 28 ölkəyə çatdığını bildirib.