Laçın dəhlizinin alternativi yoxdur - Ermənistan XİN
https://parstoday.ir/azeri/news/west_asia-i1976-laçın_dəhlizinin_alternativi_yoxdur_ermənistan_xİn
Laçın dəhlizi Ermənistan və Dağlıq Qarabağ arasında birləşdirici halqa kimi razılaşdırılıb və bunun alternativi yoxdur- Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib.
(last modified 2023-09-18T06:06:40+00:00 )
Sen 05, 2023 10:40 Asia/Baku
  • Laçın dəhlizinin alternativi yoxdur - Ermənistan XİN

Laçın dəhlizi Ermənistan və Dağlıq Qarabağ arasında birləşdirici halqa kimi razılaşdırılıb və bunun alternativi yoxdur- Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib.

Nazirlik həmçinin İrəvanın digər bölgələrlə bağlı mövqeyinin dəyişmədiyini, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası və Dağlıq Qarabağın qanunsuz mühasirəsinin götürülməsi istiqamətində beynəlxalq tərəfdaşlarla işin davam etdirildiyini açıqlayıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın regionda etnik təmizləmə apardığını iddia edib və Laçın keçid məntəqəsinin davamlı olaraq blokadaya alınması səbəbindən BMT Təhlükəsizlik Şurasının üzvlərindən kömək istəyib.

Ermənistan dəfələrlə vurğulayıb ki, Azərbaycan prezidentinin regional nəqliyyat marşrutları açmaq cəhdi bu günə qədər bununla bağlı imzalanmış danışıqlar və bəyannamələrlə heç bir əlaqəsi yoxdur və Ermənistan üçün qəbuledilməzdir.

Buna baxmayaraq, Bakı Dağlıq Qarabağda yaşayan ermənilərin Laçın sərhəd-keçid məntəqəsindən sərbəst şəkildə keçdiyini iddia edir.

Bu günlərdə İran İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani deyib ki, İran istənilən sərhəd dəyişikliyinin əleyhinədir və bütün rabitə kanalları öz ərazisində olan ölkələrin nəzarəti altında olmalıdır.