Ermənistan ehtiyatda olanları hərbi təlimə çağirdi
Ermənistanda ehtiyat olan rütbəlilər hərbi təlim toplanışlarına cəlb ediləcək.
2023-cü il oktyabrın 1-dən dekabrın 8-dək Ermənistanda ehtiyat olan rütbəlilər hərbi təlim toplanışlarına cəlb ediləcək.
Ermənistan KİV-nə istinadən, təlimlərə 2059 nəfərə qədər ehtiyatda olan hərbçi çağırılacaq.
Təlimlərdə məqsəd ehtiyatda olanların döyüş qabiliyyətlərini artırmaqdır.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi ABŞ-la birgə “Qartal Tərəfdaş 2023” təliminin sentyabrın 11-dən 20-dək on gün müddətində keçiriləcəyindən Xəbər vermişdi.
Əlbəttə Ermənistan Müdafiə Nazirliyi bu bəyanatda bildirib ki, bu hərbi təlimin məqsədi qüvvələri beynəlxalq sülhməramlı əməliyyatlarda iştiraka hazırlamaqdır.
Vladimir Putinin sözçüsü çərşənbə günü deyib: “Əlbəttə, bu cür xəbərlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur, Ona görə də biz bu xəbəri dərindən təhlil edib vəziyyəti izləyəcəyik”.
Reuterz, Rusiya prezidentliyinin sözçünün bu reaksiyası ilə bağlı hesabatında yazıb: “Təlimlərin kiçik miqyasda olmasına baxmayaraq, Kreml təlimi diqqətlə izləyəcəyini bildirib”.
Son günlərdə Azərbaycan-Ermənistan sərhədləri daha da gərginləşib.