Anadolu: Ərdoğan öndədir
Bu gün Türkiyənin 81 vilayətində 194 seçki dairəsində yerli vaxtla səhər saat səkkizdə başlayan Türkiyə prezident seçkilərinin ikinci turunda səsvermə saat 17:00-da başa çatıb və seçki məntəqələri bağlanıb.
ilkin nəticələr Ərdoğanın öndə olduğunu göstərir.
Türkiyə üzrə seçicilər üçün cəmi 191.885 seçki qutusu qurulub.
Türkiyənin seçki məcəlləsinə əsasən, səsvermə başa çatdıqdan dərhal sonra seçki qutulardakı səslərin hesablanmasına seçki məntəqəsində bu ölkənin parlamentinə daxil olmuş partiyaların, eləcə də iki namizədi dəstəkləyən koalisiya partiyalarının nümayəndələrinin nəzarəti altında seçki icraçıları tərəfindən başlanıb.
Türkiyənin dövlət mediaları tərəfindən dərc edilən ilkin nəticələrə əsasən, bu ölkə seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan 57,9 faiz səslə liderdir.
Bu elə bir haldadır ki, Kamal Kılıçdaroğlu səslərin 42,91 faizini qazanıb. Anadolu dövlət xəbər agentliyinin məlumatına görə, indiyə kimi səslərin 42,78 faizi hesablanıb.
Türkiyədə bu gün keçirilən seçkilərdə 60 milyon 697 min 843 seçici səsvermə hüquqna malik idi. Onlardan 4 milyon 904 min 672 nəfəri ilk dəfə səs verirdi.