Ermənilər Dağlıq Qarabağdan Ermənistana qaçırlar
https://parstoday.ir/azeri/news/west_asia-i2376-ermənilər_dağlıq_qarabağdan_ermənistana_qaçırlar
Statistika, Ermənistanda Dağlıq Qarabağda yaşayan erməni qaçqınların sayının artmasından xəbər verir.
(last modified 2023-09-30T05:19:46+00:00 )
Sen 27, 2023 10:20 Asia/Baku
  • Ermənilər Dağlıq Qarabağdan Ermənistana qaçırlar

Statistika, Ermənistanda Dağlıq Qarabağda yaşayan erməni qaçqınların sayının artmasından xəbər verir.

“Armenian Press”-in məlumatına görə, Ermənistan hökuməti Azərbaycan ordusunun Dağlıq Qarabağa son Antiterror tədbirləri adlandırılan hücumundan sonra bu Ərazdən erməni sakinlərinin Ermənistana qaçmasının başladığını bildirib.

Son məlumatlara görə, sentyabrın 26-da gecə saat 20:00-a olan məlumata görə,  Ermənistana sığınan ermənilərin sayı 28 120 nəfərə çatıb.

Ermənistan hökuməti bütün qaçqınların yerləşdirilməsi məsələsini gündəmə gətirib və indiyədək 3250 nəfər əvvəlcədən hazırlanmış evlərdə yerləşdirilib. Qalan sığınacaq axtaran şəxslər də Ermənistanda yaşamaq üçün şəxsi imkanlarının olduğunu bəyan ediblər.

Eyni zamanda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “DW” nəşrinə açıqlamasında deyib:“Azərbaycan heç kimi Qarabağı tərk etməyə məcbur etmir”.

Onun sözlərinə görə, Qarabağı tərk etmək sakinlərin şəxsi və fərdi qərarlarıdır.

Bundan əvvəl Dağlıq Qarabağ ermənilərinin başçısının müşaviri David Babayan bildirmişdi ki, Dağlıq Qarabağda yaşayan 120 min erməninin hamısı Azərbaycan Respublikası hərbçilərinin etnik təmizləmə siyasətindən qorxaraq bu bölgədən mühacirət etməyi planlaşdırır.

Ermənistan hakimiyyəti aylardır Azərbaycanı Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirməkdə ittiham edir.