Türkiyədə prezident seçkilərində Rəcəb Təyyib Ərdoğan qalib gəlib
(last modified Mon, 29 May 2023 09:55:47 GMT )
May 29, 2023 13:55 Asia/Baku
  • Türkiyədə prezident seçkilərində Rəcəb Təyyib Ərdoğan qalib gəlib

Rəcəb Tayyib Ərdoğan dünən seçkilərin unikal ikinci turundan sonra daha bir beş illik prezidentlik müddətini təmin edib.

 

 Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib.

O, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.

Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.

Dünən gecə seçkilərin nəticələri elan edildikdən sonra Ərdoğan tərəfdarları Ankarada prezident sarayına toplaşıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində çıxış edib. Ərdoğanın çıxışını meydanda 320 min nəfərin izləyib.

Ərdoğan kimsəyə incik, küskn olmadını deyərək, bu seçkidə 85 milyonluq Türkiyənin qazandığını vurğuıayıb.

Kamal Kılıçdaroğlu da öz tərəfdarlarına müraciət edib. Onun çıxışında onun seçkilərin nəticələri ilə razılaşdığı bəlli olub.

Rəcəb Təyyib Ərdoğanın növbəti 5 il üçün Türkiyə prezidenti seçilməsi münasibəti ilə onu ilk təbrik edən dövlətlər arasında Azərbaycan Respublikası, Ermənistan, İran və Rusiya olub.

Bu arada Ermənistan baş naziri Nikol Paşinyanın Ərdoğanı təbrik tvitti diqqət çəkib. O  Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edərək Ermənistan və Türkiyə arasında münasibətlərin tam şəkildə normallaşacağına ümid etdiyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdəki qələbəsi Bakı və Gəncədə də şadyanalıqla qeyd olunub.

Qələbə münasibəti ilə Bakıda dövlət tərəfindən atəşfəşanlıq təşkil edilib.

Türkiyədə seçkilərin nəticələri Türk Lirəsinə isə mənfi təsir buraxıb.

Belə ki,Türkiyədə prezident seçkilərinin nəticəsi elan edildikdən sonra bu ölkənin milli valyutası ən aşağı dəyərini təcrübə edib. Beləki seçkilərdən öncə bir dollar 20 lirənin altında olsa da dünən axşam bu rəqəm 20 lirəni keçib. Avro isə 21,47 lirəyə qalxıb.

Əlaqədar məlumatlar