Ankara: Ermənistanla münasibətlərin normallaşması İrəvanın hərəkətlərindən asılıdır
Türkiyə prezident aparatındakı mənbə cümə axşamı bildirib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması, o cümlədən sərhədlərin açılması məsələsi “tamamilə Ermənistanın hərəkətlərindən asılıdır”.
Bir neçə gün əvvəl Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb ki, Ermənistan Türkiyəyə üçüncü ölkə vətəndaşlarına sərhədi açmağı təklif edib və Ankara bu təklifi rədd etməyib.
Türkiyə və Ermənistanın hazırda rəsmi diplomatik əlaqələri yoxdur və iki ölkənin sərhədləri 1993-cü ildən Ankara tərəfindən bağlanıb.
Tərəflər arasında gərginlik bir neçə məsələ, o cümlədən Türkiyənin Dağlıq Qarabağ məsələsində Azərbaycan Respublikasına dəstəyi ilə bağlı yaranıb.
Sputnik-in məlumatına görə; Türkiyə prezident aparatındakı mənbə deyib: Bu ölkə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, görüşlərimizin keçirildiyi prosesə gəlincə, biz yalnız İrəvanın konstruktiv, açıq və sülhsevər yanaşmasını müşahidə etdikdən sonra növbəti addımları müzakirə edəcəyik.
Məlumat üçün qeyd edək ki, Birinci Dünya Müharibəsi zamanı Osmanlı İmperiyasının erməniləri qırğına məruz qoyması səbəbindən İrəvanla Ankaranın münasibətləri bir əsrdən artıqdır ki, kritik vəziyyətdədir.
Lakin Ermənistanın xarici işlər naziri son Aylarda Türkiyədə ölümcül zəlzələdən sonra bu ölkəyə səfər edib və türkiyəli həmkarı ilə görüşüb.