Ermənistan Dağlıq Qarabağ qaçqınlarına kömək üçün Avropa İttifaqından yardım istəyib
https://parstoday.ir/azeri/news/west_asia-i2408-ermənistan_dağlıq_qarabağ_qaçqınlarına_kömək_üçün_avropa_İttifaqından_yardım_istəyib
İtaliya baş nazirinin ofisi bildirib ki, Ermənistan Dağlıq Qarabağdakı erməni qaçqınlarla bağlı Avropa İttifaqından kömək istəyib.
(last modified 2023-10-05T06:05:49+00:00 )
Okt 01, 2023 06:26 Asia/Baku
  • Ermənistan Dağlıq Qarabağ qaçqınlarına kömək üçün Avropa İttifaqından yardım istəyib

İtaliya baş nazirinin ofisi bildirib ki, Ermənistan Dağlıq Qarabağdakı erməni qaçqınlarla bağlı Avropa İttifaqından kömək istəyib.

Azərbaycan  Respublikası ordusunun Qarabağ bölgəsindəki antiterror tədbirləri Adlandırılan hərbi hücumundan (19 sentyabr) sonra bu bölgədə yaşayan xeyli sayda erməni etnik təmizləmə siyasətinin həyata keçirilməsindən ehtiyat edərək evlərini tərk edərək Ermənistana gediblər.

Dünən (şənbə) Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Dağlıq Qarabağ bölgəsindən ölkəyə 100 mindən çox erməninin daxil olduğunu bildirib.

İRNA-in məlumatına görə,İtaliyanın baş nazirinin dəftərxanasının bəyanatında bildirilir ki Ermənistan Avropa İttifaqından müvəqqəti sığınacaq və tibbi avadanlıq tələb edib.

Həmçinin Birləşmiş Millətlər Təşkilatının rəsmi sözçüsü Stiven Düjarrik,ötən gün bildirib ki, son 30 ildə ilk dəfə olaraq Qarabağ sakinlərinin ehtiyaclarını həll etmək üçün bu beynəlxalq təşkilatdan bir qrup regiona göndəriləcək.