Dağlıq Qarabağ sakinlərinin miqrasiyası davam edir
İndiyədək Dağlıq Qarabağda yaşayan 100 514-dən çox erməni Ermənistana daxil olub.
BMT Baş katibinin sözçüsü Stiven Düjarrik şənbə günü bildirib ki, son 30 ildə ilk dəfə olaraq Dağlıq Qarabağ sakinlərinin ehtiyaclarını həll etmək üçün bu beynəlxalq təşkilatdan nümayəndə heyəti regiona göndəriləcək.
Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyəti yoxlamalar aparmaq üçün oktyabrın 1-də Qarabağ bölgəsinə gəlib. Rəsmi məlumata görə, missiya artıq Laçın sərhəd-keçid məntəqəsi və Xankəndi şəhərində tədqiqatlar aparıb.
Ermənistan İctimai Radiosunun məlumatına görə,"tanınmamış" Dağlıq Qarabağ respublikasının keçmiş nazirlərindən biri olan “Artak Biqleryan” BMT müşahidəçilərinin bölgəyə gəlməsi xəbərinə istinad edərək deyib ki Dağlıq Qarabağ demək olar ki, boşdur. Cəmi 100 nəfər qalıb və onlar tezliklə gedəcəklər.
insanlar yalnız güclü beynəlxalq zəmanətlər olduqda evlərinə qayıdacaqlar.-Biqleryan əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov son açıqlamasında Bakının Qarabağda yaşayan erməniləri qalmağa və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırdığını iddia edib.
Azərbaycan Respublikası ordusunun Qarabağ bölgəsindəki antiterror tədbirləri Adlandırılan hərbi hücumundan (19 sentyabr) sonra bu bölgədə yaşayan xeyli sayda erməni etnik təmizləmə siyasətinin həyata keçirilməsindən ehtiyat edərək evlərini tərk edərək Ermənistana gediblər.
Son məlumatlara görə, 85 min 975 immiqrant sayılıb.