İrəvan BMT-nin Qarabağla bağlı hesabatından məyus olub
https://parstoday.ir/azeri/news/west_asia-i2490-İrəvan_bmt_nin_qarabağla_bağlı_hesabatından_məyus_olub
Ermənistan Xarici İşlər Nazirliyi BMT-nin Dağlıq Qarabağdakı nümayəndə heyətinin hesabatından məyus olduğunu bildirib.
(last modified 2023-10-08T06:55:53+00:00 )
Okt 07, 2023 06:04 Asia/Baku
  • İrəvan BMT-nin Qarabağla bağlı hesabatından məyus olub

Ermənistan Xarici İşlər Nazirliyi BMT-nin Dağlıq Qarabağdakı nümayəndə heyətinin hesabatından məyus olduğunu bildirib.

Azərbaycan  Respublikası ordusunun Qarabağ bölgəsindəki antiterror tədbirləri Adlandırılan hərbi hücumundan (19 sentyabr) sonra Ermənistan Bakının bu bölgədəki hərəkətlərini “etnik təmizləmə” adlandırıb.

Eyni zamanda, bu həftənin bazar ertəsi BMT-nin onlarla ekspertdən ibarət nümayəndə heyəti Dağlıq Qarabağda hökm sürən şəraiti araşdırmaq üçün bölgəyə daxil olub və daha sonra hesabat verərək mülki infrastruktura heç bir ziyanı müşahidə etmədiyini bəyan edib.

Bu bəyanat Ermənistanda etiraza səbəb olub.

Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisinin rəhbərlik etdiyi BMT nümayəndə heyətinin Qarabağa səfəri ilə bağlı məlumat, habelə bu görüşdən sonra dərc olunmuş bəyanat , İrəvanda dərin narahatlıq və məyusluq yaradır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 2-də Ermənistandakı diplomatik nümayəndəliklərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşündə bu məsələni qaldırıb.

Ermənistanın baş diplomatı bildirib ki, BMT nümayəndə heyətinin səfəri faktları aydınlaşdırmaq üçün təşkilatlararası aksiya kimi qiymətləndirilə bilməz və heç bir şəkildə erməni tərəfinin və beynəlxalq ictimaiyyətin gözləntilərinə cavab vermir.

Qeyd edək ki, Azərbaycan Respublikası ordusunun hücumundan sonra Dağlıq Qarabağın 120 minlik erməni əhalisinin demək olar ki, hamısı bu məntəqəni tərk edərək Ermənistana gedib.