BMT Təhlükəsizlik Şurası "Əl-Əqsa tufanı" əməliyyatı ilə bağlı fövqəladə iclas keçirir
(last modified Sun, 08 Oct 2023 10:31:06 GMT )
Okt 08, 2023 14:31 Asia/Baku
  • BMT Təhlükəsizlik Şurası

Müqavimət qüvvələrinin Əl-Əqsa tufanı əməliyyatı fonunda bu gün BMT Təhlükəsizlik Şurasının Fələstin və İsraillə bağlı fövqəladə iclası keçiriləcək.

 

"İRNA" nın məlumatına görə, Diplomatik mənbələr bildiriblər ki, BMT Təhlükəsizlik Şurasının Qəzzə zolağında və işğal olunmuş Fələstin ərazilərində gərginliyin artmasına dair iclası bazar günü axşam bağlı qapılar arxasında keçiriləcək.

Bu ay Təhlükəsizlik Şurasına sədrlik edən Braziliya HƏMAS-ın şənbə günü İsrailə qəfil hücumundan sonra böhranı həll etmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdığını bildirib. 

Şənbə günü Fələstin müqaviməti Qəzzədən (Cənubdan) işğal olunmuş ərazilərdə İsrail rejiminin mövqelərinə qarşı hərtərəfli və unikal əməliyyata başlayıb; Qəsbkar işğalçıların 75 illik tarixində misli görünməmiş və sionistləri şoka salan bir əməliyyat.

Fələstin müqavimətinin İsrail rejiminə qarşı "Əl-Əqsa tufanı" adlı əməliyyatı nəticəsində indiyədək 350 sionist öldürülüb. Həmçinin, 100-a yaxın sionist Fələstin müqavimət qruplari tərəfindən əsir götürülüb.

Teqlər