Ermənistandan Yaxın Şərq hadisələri ilə bağlı ehtiyatlı bəyanat
Rəsmi İrəvan Qərbdəki müttəfiqlərini qıcıqlandırmaq istəmir
Ermənistan hökuməti özünə müttəfiq seçdiyi Qərb dövlətlərinin mövqeyini nəzərə alaraq, sionist İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi vəhşiliklər qarşısında susmağa üstünlük verir.
Ermənistan Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki bəyanatında deyilir: “Fələstinlilərlə İsrail arasında zorakılıq və mülki əhalinin hədəf alınması bizi şoka salır, zorakılığı dayandırmaq üçün beynəlxalq çağırışlara qoşuluruq”.
Qeyd edək ki, rəsmi İrəvan sionist rejimin Azərbaycan Respublikasına silah tədarükündən narahat olsa da, yəhudi lobbi təşkilatlarının, eləcə də İsrailə hərtərəfli dəstək verən Qərb dövlətlərinin rəyini nəzərə alaraq fələstinlilərə münasibətdə ədalətli mövqe sərgiləməkdən boyun qaçırır və qəsbkar İsrail rejiminin cinayətlərini pisləmir.