Türkiyə sionistlərin vandallığına etiraz edir
Okt 18, 2023 13:51 Asia/Baku
Ərdoğandan çağırış: İsrail vəhşiliyini dayandırın!
Türkiyə prezidenti işğalçı terror dövlətinin Qəzzədə xəstəxananı bombalamasını sərt şəkildə qınayıb.
Rəcəb Təyyib Ərdoğan deyib: “Qadınların, uşaqların və günahsız mülki şəxslərin olduğu xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Bütün bəşəriyyəti Qəzzədə tarixdə görünməmiş bu vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm”.
Qeyd edək ki, İsrail ordusu Qəzzədəki Əl-Əhli Xəstəxanasına raket zərbəsi endirib. Nəticədə 600-dən çox insan şəhid olub, şəhidlər arasında uşaqlar və qadınlar çoxluq təşkil edir.
Teqlər