Ermənistan:İran və Rusiya ilə dəmir yolu xətti qurmaq istərdik
Ermənistanın xarici işlər naziri : İrəvan Azərbaycan Respublikası ərazisindən İran, Rusiya və Mərkəzi Asiya ilə dəmir yolu xəttinin yaradılmasında maraqlıdır.
Ermənistanın yüksək rütbəli rəsmiləri dəfələrlə İranla münasibətlərin vacibliyinə işarə ediblər. İran Ermənistana ən çox mal ixrac edən ölkələrdən biridir. İranın Ermənistanda ticarət mərkəzi olaraq bu ölkə ilə ticarət dövriyyəsini üç milyard dollara çatdırmağı planlaşdırdığı bildirilir.
“3+3” görüşündə iştirak etmək üçün bazar ertəsi Tehrana gələn Ermənistan xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı, iranlı, rusiyalı və türkiyəli həmkarları ilə görüşüb və söhbət edib.
Qeyd edək ki, oktyabrın 23-də Tehranda Azərbaycan Respublikası, Ermənistan, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin iştirakı ilə ikinci "3+3" görüşü keçirilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehran görüşündə həmkarlarına bildirib ki, Ermənistan Azərbaycan Respublikası ərazisindən İran, Rusiya və Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsinin olmasında maraqlıdır.
Bir müddət əvvəl Ermənistanın baş naziri İran İslam Respublikasının bu ölkədəki səfiri ilə görüşündə Ermənistanla İran arasında əlaqələrin genişləndirilməsinin davam etdirilməli olduğunu bildirmişdi.
“Nikol Paşinyan” bu görüşdə “Ermənistan dəmir yolu infrastrukturunun inteqrasiyası prosesinə böyük əhəmiyyət verir” deyib.
Həmçinin Bazar ertəsi günü Ermənistanda səfərdə olan İranın yol və şəhərsalma naziri “Mehrdad Bəzarpaş” bu ölkənin baş naziri ilə görüşündə Şimal-Cənub dəhlizinin tamamlanmasını və iki ölkə arasında mübadilənin artırılmasını vurğulayıb.