Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb
Okt 25, 2023 08:50 Asia/Baku
Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirinə müvafiq etiraz notası verib.
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Aran Radiosunun “Armenpress”ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib.
Görüş zamanı səfirə müvafiq etiraz notası verilib.