İsrail ordusu HƏMAS-ın 600 obyektini bombaladığını iddia edir - Faktlar ayrı şey deyir - Video
(last modified Mon, 30 Oct 2023 11:32:43 GMT )
Okt 30, 2023 15:32 Asia/Baku

Sionist rejim HƏMAS-a aid 600 obyekti bombaladığını iddia edib, faktlar isə bu rejimin yaşayış mərkəzlərini bombaladığını göstərir.

 

İRNA-nın məlumatına görə, sionist rejim ordusu bazar ertəsi bir video yayımlayaraq son bir neçə gün ərzində Qəzza zolağında HƏMAS-ın 600-dən çox obyektini bombaladığını iddia edib.

Bu iddianın yalan olmasından əlavə, Qəzza zolağına qarşı müharibə başlayandan bəri sionist rejim ordusunun hücum və bombardmanlarının diqqəti yaşayış binaları, evlər və fələstinli qaçqınlar üzərinə yönəlib. Belə ki, rəsmi statistikaya görə, 8 mindən çox Fələstin vətəndaşı, xüsusilə də qadın və uşaqlar şəhid olub, 20 mindən çox insan isə yaralanıb.

Hətta sionist rejim ordusunun dərc etdiyi görüntülər də onların evləri və yaşayış qüllələrini hədəf aldığını açıq şəkildə göstərir.

Teqlər