Bağdadda onlarla Amerika mərkəzi müqavimətin qorxusundan bağlanıb
https://parstoday.ir/azeri/news/west_asia-i2874-bağdadda_onlarla_amerika_mərkəzi_müqavimətin_qorxusundan_bağlanıb
İraqın bir təhlükəsizlik mənbəsi bəyan edib ki, Amerikanın İraqdakı səfirliyi Bağdadda onlarla qurum, təlim, işə götürmə və məsləhət mərkəzləri, həmçinin ingilis dili tədris mərkəzləri və Amerika seçki məntəqələrini bağlamaq qərarına gəlib.
(last modified 2026-04-08T07:08:49+00:00 )
Okt 30, 2023 12:42 Asia/Baku
  • Bağdadda onlarla Amerika mərkəzi müqavimətin qorxusundan bağlanıb

İraqın bir təhlükəsizlik mənbəsi bəyan edib ki, Amerikanın İraqdakı səfirliyi Bağdadda onlarla qurum, təlim, işə götürmə və məsləhət mərkəzləri, həmçinin ingilis dili tədris mərkəzləri və Amerika seçki məntəqələrini bağlamaq qərarına gəlib.

 

İRNA-nın Əl-Maluma-ya istinadən verdiyi məlumata görə, məlumatlı təhlükəsizlik mənbəsi bildirib ki, bu mərkəz və qurumların fəaliyyətinin arxasında ABŞ-ın İraqdakı maraqlarını həyata keçirmək üçün təhlükəsizlik və siyasi məqsədlər dayanır və onların məqsədi İraq cəmiyyətini müxtəlif adlar altında parçalamaqdır.

Bu mənbə bildirib: Bu mərkəzlərin bağlanması qərarı İraqın İslam müqavimətinin bir neçə dəfə İraqın qərbində və şimalında Amerika bazalarını hədəf almasından sonra verilib.

Sözügedən mənbə əlavə edib: Həmçinin, bu hərəkət müqavimətin bu mərkəzlərə çatması və orada aparılan fəaliyyətlərin üzə çıxması qorxusundan irəli gəlir.