Almaniyanın xarici işlər naziri Ermənistan və Azərbaycana səfər edəcək
Noy 02, 2023 06:45 Asia/Baku
Almaniyanın xarici işlər naziri Annalena Berbok bu həftə Ermənistan və Azərbaycana səfər edəcək.
Almaniyanın xarici işlər naziri Annalena Berbok Ermənistana səfər edəcək.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, səfər 3 noyabrda baş tutacaq. Berbok erməni həmkarı Ararat Mirzoyan ilə danışıqlar aparacaq.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə tutulub.
Məlumata görə, almaniyalı nazir şənbə günü Azərbaycana yola düşəcək. O, Bakıda XİN rəhbəri Ceyhun Bayramovla danışıqlar aparacaq.