İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib
İstanbulun 12 rayonunda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 7 şübhəli yaxalanıb.
“Sözcü” qəzetinin xəbərinə görə, əməliyyatı İstanbul TEM (Terrorla Mübarizə Şöbəsi) qrupları həyata keçirib. Polis qruplarının İŞİD-in fəaliyyətlərinin qarşısını almaq üçün apardığı işlərdə bəzi şübhəlilər təsbit edilincə, istintaq başladıldı.
Texniki və fiziki təqib işlərində şübhəlilərin getdiyi bəzi ünvanlar təyin olundu. Edilən araşdırmalardan sonra polisin arxasınca getdiyi şübhəlilərin girib-çıxıldığı 12 ünvanda əməliyyat qərarı verilib.
İstanbulda TEM əməliyyat qrupu və xüsusi təyinatlı polisin müşayiəti ilə 7 rayonda 12 fərqli ünvanda reyd keçirilib. Əməliyyatda 7 şübhəli yaxalanıb. Nəzarətə alınan şübhəlilər sağlamlıq idarəsindən sonra polis bölməsinə aparılıb.