Rusiya Qarabağ ermənilərinə humanitar yardım çatdıracaq
Noy 10, 2023 06:34 Asia/Baku
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü yaxın bir neçə gün ərzində Qarabağ ermənilərinə humanitar yardımın çatdırılacağını bildirib.
Aran Radiosu TASS-a istinadla xəbır verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında Moskvanın yaxın bir neçə gün ərzində İrəvana Qarabağ erməniləri üçün ümumilikdə 40 ton humanitar yardım çatdıracağını bildirib.
Azərbaycan Respublikası 2023-cü il sentyabrın 19 və 20-də Dağlıq Qarabağa hücum edərək, qalan əraziləri nəzarətə götürüb.
Ermənistan bu məğlubiyyətlə Dağlıq Qarabağın və onun ətrafının mühüm ərazilərini (otuz ilə yaxın onun nəzarətində olan ərazini ) Azərbaycan Respublikasına verdi.