Nikol Paşinyan Parisə gedib
https://parstoday.ir/azeri/news/west_asia-i3046-nikol_paşinyan_parisə_gedib
Paşinyanın bu gün Parisdə təşkil olunan 6-cı Sülh Konfransına qoşulacaq.
(last modified 2023-11-12T07:06:55+00:00 )
Noy 10, 2023 08:21 Asia/Baku
  • Nikol Paşinyan Parisə gedib

Paşinyanın bu gün Parisdə təşkil olunan 6-cı Sülh Konfransına qoşulacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib.

Aran Radiosu xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan ötən gün Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Tərəflər Azərbaycan-Ermənistan münasibətlıərinin normallaşması barədə fikir mübadiləsi aparıblar.

Ermənistanın baş naziri noyabrın 10-da keçiriləcək 6-cı Paris Sülh Forumunda iştirak edəcək.

Fransa Ermənistanın tərəfdarıdır və bu ilin oktyabrında Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında Parisin bu ölkəyə hərbi texnikanın göndərilməsi ilə bağlı İrəvanla gələcək razılaşmalara razı olduğunu bəyan edib.

Azərbaycan Respublikası ilə Fransa arasında Ermənistanla bağlı münaqişənin ardınca Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi oktyabrın 29-da bəyanat yayaraq, Fransanın İrəvana hərbi yardımının dayandırmasını tələb edib.